BDYP-dən sürücülərə - Şad xəbər

Azərbaycanın bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda səhər və axşam saatlarında buzlaşma müşahidə olunur. Lakin buna baxmayaraq, magistralda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb.

 

Yol polisi hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və sürət həddinə diqqət etməyə çağırıb.






Fikirlər