Sürücülərin DİQQƏTİNƏ - Bu yollarda SURƏT HƏDDİ endirildi

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi(BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:

Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər”.

BNA hər bir sürücüyə rahat və təhlükəsiz yol arzulayır!

AzerTaym.az






Fikirlər