BAKININ girişində TIXAC yarandı - FOTO

Bakının girişində tıxac yarandı

Bu gün səhər saatlarından başlayaraq Sumqayıt – Bakı yolunda avtomobillərin hərəkətində tıxac yaranıb.

AzerTaym.az “Qafqazinfo” -ya istinadla xəbər verir ki, tıxac paytaxtın girişində - “20 Yanvar” metrostansiyasının qarşısından başlayır və Xırdalan dairəsinə kimi uzanır. Hazırda bu vəziyyət davam edir. 

***

Onu da əlavə edək ki, hazırda paytaxtın əksər küçə və prospektlərində tıxac müşahidə olunur. Nobel prospekti, Yusif Səfərov küçəsi, həmçinin Nərimanov metrosunun ətrafındakı küçələrdə də nəqliyyatın sıxlığı var.

 


 






Fikirlər