Yusif Ələkbərov ən zəngin varisdir - 8,9 MİLYARD dollarla

“Yusif Ələkbərov ən zəngin varisdir - 8,9 milyard dollarla

“Lukoyl” prezidenti Vahid Ələkbərovun yeganə övladı Yusif Ələkbərov rusiyalı milyarderlərin uşaqları arasında ən zəngin varisdir.

Qafqazinfo” xəbər verir ki, bu barədə Forbes jurnalı yazıb. Onun atasının sərvəti 8,9 milyard dollardır.

Reytinqi hazırlayarkən nəşr hər rus milyarderin sərvətini onun övladları arasında bölüşdürüb.

İkinci yerdə “Evroxim” şirkətinin sahibi Andrey Melniçenkonun 4 yaşlı qızı 8,2 milyard sərvətlə qərarlaşır.

Siyahıya ümumilikdə, hər uşağa 1,82 milyarddan az sərvət düşməyən 20 ailə daxil edilib. Ən maraqlısı isə cədvəldə Roman Abromoviçin uşaqlarının adının olmamasıdır. Belə ki, yeddi uşağın arasında bölünən sərvət hər varis üçün cəmi 1,1 milyard dollar təşkil edib.






Fikirlər