TÜRKİYƏNİN ən zəngin adamının adı açıqlandı- FOTOLAR

turkiye_nin_en_zengini_murat_ulker_oldu_h16008_fad95

«Forbes» jurnalı Türkiyənin ən zəngin 100 adamının siyahısını açıqlayıb.

  AzerTaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahının birincisi iş adamı Murat Ülkərdir.

 Onun sərvəti 2,9 milyard dollardır.

 

 

Murat Ülker

 

M.Ülkər ötən il də siyahıya liderlik edirdi. Lakin həmin vaxt onun sərvəti 4,4 milyard dollar idi.

 

 

Hüsnü Özyein

 

İkinci yerin sahibi 2,6 milyard dollarlıq sərvəti ilə Hüsnü Özyeindir. Üçüncü sırada isə 2,4 milyard dollar sərvətə sahib Fərid Şahenk gəlir.

 

Fərid Şahenk

 

Siyahıdakı milyarderlərin ümumi sərvəti 94,7 milyard dollardır. Onlardan 58-i turizm, 43-ü maliyyə, 39-u pərakəndə satış sektorunda fəaliyyət göstərir. 114 zəngindən 21-i qadındır. 

 

Türkiyənin ən zəngin ailəsi 8,74 milyard dollarlıq varidatı ilə Koç ailəsidir.

 

Koç ailəsi

 

Ailə sərvətinin böyüklüyünə görə, ikinci sırada Sabancı (6,2 milyard), üçüncü sırada isə Ülkər (4,77 milyard) ailəsi qərarlaşıb. 

 

Sabancı ailəsi

 

Ülkər ailəsi
 






Fikirlər