Əhmədlidəki «BƏYLİK HAMAMI»nda əxlaqsızlıq yuvası?

Əhmədlidəki «Bəylik Hamamı»nda əxlaqsızlıq yuvası?

Burada işləyən massajçı qızlar tibbi xidmət göstərir, yoxsa... 


Bildiyiniz kimi, son illər ərzində Bakıda hamam-saunaların sayı xeyli artıb.

Yəqin siz də bu tip obyektlərin bir çoxunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini eşitmisiniz. Bu gün sizə barəsində danışacağımız hamam priton deyil, amma burada baş verənlər əksər əxlaqsızlıq yuvasında cərəyan etmir.   Verilən məlumatlarda qeyd olunur ki, paytaxtın Xətai rayonu, «Neapol» dairəsinin yaxınlığında yerləşən «Bəylik hamamı»nda qeyri-qanuni işlər cərəyan etməkdədir.

Etibarlı mənbənin sözlərinə görə, milyonlar hesabına tikilib başa gələn bu obyektdə fəaliyyət göstərən massajçı xanımların Səhiyyə Nazirliyindən müvafiq sənədləri yoxdur: «Hamamlarda yerləşən massaj otaqlarında çalışan xanımların tibbi sertifikatları, arayışları olmalıdır. Yəni onların tibbi məqsədlər üçün massaj etdiklərini rəsmi sənədlər təsdiq etməlidir. Əfsuslar olsun ki, «Bəylik hamamı»nda bu qaydalara riayət edilmir. Tibbi massaj adı altında əxlaqsız işlər baş verir. Müştərilər massajçı qızları razı sala bilsələr, onlarla intim əlaqədə olurlar». Bizə çatan informasiyaya əsasən «Bəylik hamamı»nda 30 dəqiqəlik massajın qiyməti 14 manatdan başlayır. Əgər müştəri 1 saat massaj olunmaq istəyirsə, o zaman 28 manat ödəməlidir. Ümumiyyətlə, sözügedən obyektdə bütün xidmətlərin qiyməti həddən artıq bahadır. Hamamın kimə məxsus olmasına gəlincə mənbəmiz vurğulayır ki, sözügedən obyekt məmurlardan birinin qardaşına məxsusdur.  
Əhmədlidəki «Bəylik Hamamı»nda əxlaqsızlıq yuvası?






Fikirlər