Beynimizdəki intuisiya MƏRKƏZİ tapıldı

Beynimizdəki intuisiya mərkəzi tapıldı

ABŞ-ın Con Hopkins Universitetinin mütəxəssisləri apardıqları tədqiqatlar nəticəsində insan beynində "intuisiya mərkəzi”ni aşkar ediblər.

 Azərtac xəbər verir ki, bu, beynin görmə mərkəzində əmələ gələn, insanın hər hansı bir hərəkətinin planlaşdırılmasına cavabdehlik daşıyan "fikirləşmə prosesi”dir.
 Alimlər hesab edirlər ki, "intuisiya mərkəzi” real vaxtda insanlara doğru qərarlar verməyə kömək edir.
 Mütəxəssislər kompüter texnologiyalarının köməyi ilə də beynin hansı hissələrinin qıcıqlanmaya reaksiya verdiyini araşdırıblar. Bəlli olub ki, insanlar fiziki hərəkətlərin çoxluq təşkil etdiyi çarxlara baxdıqları zaman beyin daha da aktivləşir. Alınan nəticələr beynin hərəkət hissəsində əmələ gələn pozuntuların müalicəsində yararlı olacaq.

 






Fikirlər