Sabah bal yarmarkası açılır - 336 arıçıya icazə verildi, 20 ton bal GERİ QAYTARILDI

Oktyabrın 10-dan noyabrın 5-dək Bakıdakı “A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası start götürəcək. 

Bu gün isə şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada elektron püşkatması keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, yarmarkada 336 arıçı iştirak edəcək:

Yarmarkada 130 tondan artıq arıçılıq məhsulu satışa çıxarılacaq. Ötən illə müqayisədə bu il həm arıçıların sayı, həm də arıçılıq məhsulları çoxdur”.

M.Hacıyev bildirib ki, Baytarlıq laboratoriyasının analizləri əsasında 20 tona yaxın balın standartlara uyğun olmadığı müəyyənləşib:

Həmin məhsulların satışına icazə verilməyib”.

Satışa çıxarılacaq arıçılıq məhsullarının qiymətinə gəlincə, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a bildirib ki, bunu arıçılar özü məyyən edəcək:

 “Qiymətlər sərbəstdir. Amma ümumilikdə yarmarkada satışa çıxarılacaq balın 1 kiloqramının 20-25 manat olacağı gözlənilir”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi