ƏLİ Əhmədov ZAKİR Fərəcovla yarmarkaya getdi - FOTO

İyulun 2-də baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkib.

 

Modern.az xəbər verir ki, Əli Əhmədov burada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub.

Sumqayıtın İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla birgə yarmarka ilə tanış olan baş nazirin müavini əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi məqsədilə yarmarkada məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, gigiyenik qaydalara ciddi riayət olunması, qiymətlərin ənənəvi bazar və marketlərdən aşağı səviyyədə saxlanması ilə bağlı yarmarkanın təşkilatçılarına tövsiyələrini bildirib.

 

Əhali ilə söhbət edən Əli Əhmədov satışa çıxarılan kənd təsərrüfatı məhsullarının qiymətlərinin qaneediciliyi ilə maraqlanıb.

Baş nazirin müavini həm qarşıdan gələn Ramazan bayramı günlərində, həm də digər yarmarka günlərində satışa çıxarılan məhsulların həm keyfiyyətinə, həm qoyulan qiymətlərə ciddi riayət edilməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyələrini bildirib.

AzerTaym.az

 

   

 






Fikirlər