İtkin düşən ALPİNİSTLƏRDƏN biri polisdir - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) azərbaycanlı alpinistlərin itkin düşməsi barədə məlumat yayıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, dekabrın 26-da nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

***

“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Bu barədə Report-a klubdakı mənbə məlumat verib. B.Hüseynovun polis leytenantı olduğu bildirilir.






Fikirlər