Azərbaycanda ALPİNİSTLƏR dağda YOXA ÇIXDI

Azərbaycanda alpinistlər dağda yoxa çıxdı

Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

Klubun yaydığı məlumata görə, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.

DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.

Klubdan “Qafqazinfo”ya bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.

Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı idilər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.






Fikirlər