HƏCC ZİYARƏTİ üçün AZƏRBAYCANA AYRILAN KVOTA dolub

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub.

AzerTaym.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib.

Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb.

Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir. (APA)






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi