DONDURMADAN ZƏHƏRLƏNMƏYİN! - MÜTLƏQ oxunmalı!

Dondurmadan zəhərlənməyin! - Mütləq oxunmalı!

Mütəxəssislər dondurmaların bəzi xəstəliklərə, zəhərlənmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Dietoloq Saleh Çavuşoğlu həftədə ən çoxu 2-3 dəfə maksimum 3 top dondurma qəbul edilməsi məqbuldur.

O bildirib ki, alınma dondurmaların tərkibində qida boyaları və müxtəlif qatqı maddələri olduğuna görə orqanizmdə xoşagəlməz hallar yarada bilər. Dietoloq müxtəlif xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq üçün evdə hazırlanmış dondurmaları məsləhət görüb. Belə ki, satışa çıxarılan dondurmaların tərkibindəki süd dəfələrdə əridilib, yenidən dondurulur. Bu isə bakteriyaların artmasına səbəb olur.

Dietoloq həmçinin onu da əlavə edib ki, dünyada ən çox dondurma yeyilən ölkələr arasında Finlandiya, İsveş, Danimarka, Norveç, Rusiya kimi soyuq iqlimli ölkələr var. Tərkibində sələb və süd olan qidalar kalsiumla zəngin olduğuna görə xəstəlik yaratmır, əksinə bədəni gücləndirir. Burada əsas məsələ dondurmanın hazırlanma qaydası ilə bağlıdır.

Bu məsələdə isə dondurma firmalarına güvənmək əvəzinə müxtəlif reseptlərlə evdə dondurmalar hazırlaya bilərsiniz.

yeniçağ.az






Fikirlər