Abşeron rayonunda Dövlət BAYRAQ GÜNÜ münasibəti ilə TƏDBİR KEÇİRİLİB - FOTOLAR

Bu gün Abşeron rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Abşeron rayon Mədəniyyət Mərkəzinin qarşısında düzənlənən bayram tədbirinin bədii hissəsində rayon ümumtəhsil məktəblərinin hazırladığı ədəbi, bədii kompazisiyada şagirdlər əllərində  və əyinlərində bayraq rəngli geyimlərlə çıxış ediblər.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak edib.

Tədbir Mədəniyyət Mərkəzinin foyesində davam etdirilib. Burada Bayraq Gününə həsr olunmuş rəsm sərgisi və qədim dövrlərdən başlayaraq, bu günümüzədək mövcud olmuş bayraqlar tədbir iştirakçılarına nümayiş etdirilib, onlar haqqında məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının himni ilə rəsmi hissə başlayıb. Tədbirdə Dövlət Bayrağı haqqında danışılıb, onun milli-mənəvi dəyərlərindən söz açılıb.

Həmçinin, bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları Bayrağımıza həsr olunan mahnıları ifa ediblər.

 






Fikirlər