Bakıda ƏTİN QİYMƏTİ 9 manata DÜŞDÜ - VİDEO

Əksər yerlərdə 10 manat 50 qəpik -11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir. Qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub. Modern.az “Xəzər TV”yə istinadən xəbər verir ki, qəssablar arasında yaranan rəqabət dana ətinin qiymətini 9 manata qədər endirib. Əksər yerlərdə 10 manatdan baha satılan dana ətinin bu qəssabxanalarda ucuz olmasının bir sıra səbəbləri var.

Uzun illərdir ət satışı ilə məşğul olan paytaxt sakini Aqil Məmmədov deyir ki, qiyməti ucuzlaşdırmasının əsas səbəbi yaxınlıqda olan qəssabxanada ətin 9 manat 50 qəpiyə satılması olub.

Qəssabların dediyinə görə, ətin kiloqramını 9 manata satmalarına baxmayaraq, onlara müəyyən qədər xeyir də qalır.

Ancaq digər qəssabların dana ətinin qiymətinin birdən-birə 9 manata endirilməsinə münasibətləri birmənalı deyil. Hazırda sümüklü dana ətini 10 manat 50 qəpiyə, sümüksüzü isə 13 manat 50 qəpiyə satan qəssab Mütəllim Hacıyev isə düşünür ki, 9 manata olan məntəqələrdə kəsilən heyvan dana deyil və ya bu qiymət müvəqqəti xarakter daşıyır.

İstənilən halda qiymətin endirilməsi ən çox alıcıların üzünü güldürüb. Satıcılar qiymətlərin hələ bir müddət belə qalacağını bildirdilər.

VIDEO






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi