Gəncədə 15 şadlıq SARAYI CƏRİMƏLƏNDİ

Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantılarının minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.

Nazirlikdən AzerTaym.az-a verilən məlumata görə, monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı  məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi