“Dövrün problemi odur ki, qadın ancaq həyat yoldaşının hansı yeməyi xoşladığını bilir...”

“Dövrün problemi odur ki, qadın ancaq həyat yoldaşının hansı yeməyi xoşladığını bilir...”

Ümumiyyətlə, boşanmalara səbəb bu gün Azərbaycan reallığında evlənən şəxslərin bir-birini tanımadan, kəşf etmədən, münasibət qurmadan evlənmələridir. Yəni iki insan ailə həyatı qurur, amma onları psixoloji testlərdən keçirəndə, sorğu-sual edəndə bir-birlərini tanımadığını görürük”.
"AzerTaym.az" bildirir ki,bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova boşanmalar haqda danışarkən deyib. Psixoloq evlənən cütlüklərə öz tövsiyələrini də verib:
 
“Dövrün problemi odur ki, Azərbaycan qadını bu gün həyat yoldaşının ancaq hansı yeməyi, Azərbaycan kişisi də öz xanımının hansı geyim formasını xoşladığını bilir. Ona görə də nədən sevindiyini, nədən bədbəxt və ya xoşbəxt olduğunu bilmirlər. Duyğular, ümumiyyətlə, önəm daşımır. 
 
Bu gün evlənən cütlükləri hansı restoranda onların toyunun olması, hansı fotoqrafın şəkillərini çəkməsi, hansı vizajistin onları makiyaj etməsi maraqlandırır. Təəssüflər olsun ki, valideynlər də buna icazə verir. Tanımadan, bilmədən və hətta lazım olmayan mövzular qabardılır. Lazım olmayan mövzulara görə iki ailə arasında münaqişələr yaranır. Amma oğlanla-qızın bir-birinə uyğun olub-olmadığı araşdırılmır. Ona görə də bu gün Azərbaycanda boşanmaların sayı çoxalır. 
 
İndi məhkəmələrdən öncə mediasiya xidmətləri var, yəni boşanmaq istəyən şəxslər ora müraciət edirlər və bu bir az onun qarşısını alır. Çox gözəl olardı ki, boşanmadan öncə xanım və bəy psixoloqa getsin və bəlkə hansısa nöqtədə düzəlmə olar”. 
 
Qeyd edək ki, son altı ayda bağlanmış nikahların sayı 20 faizdən çox artaraq 28 minə çatıb, boşanmaların sayı isə 11 faiz azalıb. Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib. Eyni zamanda qeydə alınmış doğumun sayı artaraq 60 minə yaxın olub. Ölüm isə 15 faizədək enib.
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

  






Fikirlər