"Apteklərdə olan-qalan yodu alıb evlərinizdə saxlamayın, hələ nüvə silahı atılmayıb"

Azərbaycanda son zamanlar apteklərdən yod istehlakına tələbat artıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb.

Bildirilib ki, Rusiyanın Ukrayna ilə münaqişə fonunda nüvə silahından istifadə etməsi təhdidindən sonra apteklərdə yoda tələbat artıb.
Məsələ ilə bağlı “Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də sosial şəbəkə hesabında paylaşım edib.
“Ay camaat, apteklərə daraşıb olan-qalan yodu alıb evlərinizdə saxlamayın! İmkan verin yodu acil ehtiyacı olanlar alsın! Yenə həmişəki kimi su gəlməmiş çırmanmayın! Hələ nüvə silahı atılmayıb! Vallah Allah bizi qorumasa, yod qorumayacaq! Qarabağ savaşında əjdaha kimi 18-20-25 yaşlarında oğullarımız şəhid oldu, qazi oldu! Biz onlardan artıq deyilik! Cılız olmayın!”, - paylaşımda bildirilib.






Fikirlər