Erməni mahnısı çalındığı deyilən Masazır məktəbindən CAVAB - VİDEOFAKT
Masazırda yerləşən 3 saylı məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. Valideynlərdən birinin sosisal şəbəkədə yazdığına görə rəqs üçün seçilən musiqi erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası olub. Valideyn iddia edir ki, bununla bağlı məktəb rəhbərliyinə etiraz etsə də, bunu nəzərə almayıblar.
Bu da, Ara Gevorqyanın bizdən oğurladığı musiqi.
Valideynin bu iddiası ilə bağlı məktəbin direktoru Fəxrinisə Əhmədova ilə əlaqə saxladıq. Direktor bu iddianın böhtan olduğunu bildirdi:
“Bu gün tədbirimizdə səsləndirilən musiqi Fikrət Əmirovun “Qarabağ inciləri” əsəri olub. Həmin valideyn sadəcə məktəbimizin üstünə böhtan atır. Yəqin ki, məktəbə gələndə qarşısına bu məqsədi qoyub. O, məktəbimizin təşkilat işləri üzrə direktor müavininə yaxınlaşıb. O da mənim dediyim kimi mahnının müəllifinin kim olduğunu söyləyib. Lakin yəqin ki, valideyn bununla razılaşmayıb və sonra da belə bir məlumat yayıb”.