Britaniya QƏRARINI verdi - Avropa və dünya şokda

Britaniya qərarını verdi - Avropa və dünya şokda

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər.

 
AzerTaym.az APA-ya istinadən verdiyi məlumata görə, ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini, qalmağın tərəfdarları isə 48 faiz təşkil edib.
 
Seçici fəallığı 72,1 faiz olub. 

Rəsmi Nəticələr

Rəsmi: Birləşmiş Krallıq Aİ-dən çıxmağı seçib.

İndiyə qədər sayılan səslərə əsasən:

  • 17 114 552 seçici çıxmağı seçib
  • 15 908 639 seçici qalmağı seçib

10:48 GMT

YouGov analitika mərkəzi səsləri seçicilərin yaşına görə hesablayıb:

18-24: 75% Qalmaq

25-49: 56% Qalmaq

50-64: 44% Qalmaq

65+: 39% Qalmaq

10:26 GMT

Cameron Baş nazir qalacaqmı?

Mühafizəkarlar partiyasından Birləşmiş Krallığın Aİ-dən çıxması üçün kampaniya aparan 84 millət vəkili David Cameron-a məktub yazaraq onu Baş nazir vəzifəsində qalmağa çağırıb.

Cənab Cameron Krallığın Aİ-də qalması üçün kampaniya aparırdı və onun bu vəzifədə qalıb-qalmayacağı barədə suallar yaranıb.

TWEET10:10 GMT

@SigmarGabriel, Almaniyanın Vitse-Kansleri Sigmar Gabriel

Lənət olsun! Avropa üçün pis gündür.

TWEET10:02 GMT

@geertwilderspvv, Niderland Azadlıq Partiyasının lideri Geert Wilders

Urra britaniyalılar üçün! İndi isə növbə bizimdir. Niderlandda referendumun vaxtı gəlib! #ByeByeEU

09:55 GMT

Aİ referendumunun ehtimal olunan nəticələrinə görə funtun məzənnəsi kəskin şəkildə enib.

Səhər saatlarında funtun məzənnəsi $1.3305-dək düşüb, bu isə 1985-ci ildən bəri ən açağı göstəricidir.

Nəticələr daxil olmazdan əvvəl funtun məzənnəsi $1.50 idi.

09:51 GMT

İndiyə olan nəticələr:

İngiltərə: Çıxmaq

Şimali İrlandiya: Qalmaq

Şotlandiya: Qalmaq

Uels: Çıxmaq

09:24 GMT

Leyboristlər partiyasının sabiq Avropa Naziri Keith Vaz BBC-ə deyib ki, Britaniya xalqı "emosiyaları" ilə səs verib və Aİ-dən çıxmağın iqtisadi təsirindən ehtiyat edən ekspertlərin məsləhətlərinə qulaq asmayıb.

09:21 GMT

Nigel FarageBirləşmiş Krallıq Müstəqillik Partiyasının (UKIP) lideri, artıq 20 ildir bu ölkənin Avropa İttifaqından çıxması üçün kampaniya aparıb. Onun fikrincə bu, "sadə adamların, yaxşı adamların qələbəsidir".

O deyir ki, 23 iyun "tarixə bizim müstəqillik günümüz kimi düşəcək".

09:11 GMT

"Çıxmaq" kampaniyasının rəsmən qalib gəlməsi üçün təxminən 700 000 səs lazımdır.

 

 

 






Fikirlər