Ərdoğanla Putin görüşəcək (YENİLƏNİB)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşəcək.
  Türkiyə prezidentinin rəsmi saytında iki liderin görüşməklə bağlı qərara gəldiyi haqda məlumat yayılıb.

 Ərdoğanla Putin telefon danışığında ikitərəfli münasibətlərin normallaşdırılmasından, İstanbulda törədilən terror aktından danışıblar.

 

“İkitərəfli münasibətlərin yenidən canlandırılması və terrora qarşı ortaq mübarizə məsələsini müzakirə edən iki lider görüşməklə bağlı da qərar veriblər”, - deyə məlumatda qeyd olunur.

 ***

13:50

Rusiya prezidenti Vladimir və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

NTV telekanalı Ərdoğana yaxın mənbələrə istinadən telefon söhbətinin “çox məhsuldar və pozitiv” keçdiyini xəbər verib.

 

Telekanalın həmsöhbəti həmçinin qeyd edib ki, telefon danışıqları 40 dəqiqə davam edib. Rəsmi bəyanatın daha sonra veriləcəyi gözlənilir.

 






Fikirlər