VLADİMİR Putin və İLHAM Əliyev Suriya məsələsindən danışdılar

Vladimir Putin və İlham Əliyev Suriya məsələsindən danışdılar

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında ticarət-iqtisadi əməkdaşlığın aktual problemləri və beynəlxalq vəziyyətlə bağlı danışıb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ölkə başçıları  Suriyadakı münaqişənin tənzimlənməsi məsələləri barədə fikir mübadiləsi edərək, Rusiya və ABŞ arasında Suriyada hərbi əməliyyatların dayandırılmasına dair sazişin - birgə bəyannamənin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. 
Prezidentlərin telefon danışığında qərara alınıb ki, ünsiyyət davam etdirilisin.

 






Fikirlər