Rusiya XRİSTİANLARIN bütün dünyada müdafiəsi üçün hazırlıqlara başlayır

Rusiya xristianların bütün dünyada müdafiəsi üçün hazırlıqlara başlayır

Lavrov: "Rusiya payızda xristianların dünyada müdafiəsi ilə bağlı konfrans keçirəcək"

 

Rusiya dünyda xristianlarının müdafiəsi ilə bağlı payız aylarında ikinci konfrans keçirəcək.
Musavat.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İmperiya Pravoslav Fələstin Cəmiyyətinin (rusca- Импера́торское правосла́вное палести́нское о́бщество (ИППО-İPFC)-red.) saytına müsahibədə bildirib.
“Biz dinlər arası münasibətlərin qurulması üçün bu tip xüsusi tədbirləri olduqca vacib hesab edirik”,  deyə Sergey Lavrov müsahibəsində söyləyib.
Rusiya xarici siyasət idarəsinin rəhbərinin fikrincə bu gün xristianlar Yaxın şərqdə, xüsusilə Suriya və İraqda təqiblərə və əziyyətlərə məruz qalırlar.
Onun sözlərinə görə “xristianların xristianlığın yarandığı yerlərdən çıxarılması “bütün tarixə , habelə təkcə onların müqəddəs saydıqları torpaqların deyil, həm də bütün Yaxın Şərqin mənəvi dayaqlarına  dəhşətli zərbədir”.
Rusiya Federasiyasının xarici işlər naziri yarım il öncə Vatikan, Livan və Ermənistandan gələn nümayəndələrin iştirakı ilə İsveçrənin Cenevrə şəhərində bənzər konfransın keçrildiyni xatırladıb.
Sergey Lavrov bu ilin payızında mövzu ilə bağlı daha bir konfrans keçiriləcəyini və İPFC -in bu yöndə rolunun daha səmərəli olacağına ümid etdiyni bildirib.
İmperiya Pravoslav Fələstin Cəmiyyəti 1882-ci ilin mayın 8-də Rusiya imperatoru III Aleksandrın fərmanı ilə Sankt-Peterburq şəhərində qurulub. Cəmiyyət xristianlığı Bizans ərazisində dövlət dini elan edən və xristianların müqəddəs həvarilərinə bərabər tutulan imperator I Konstantin və onun anası Yelenanın şərəfinə təsis edilib. 
Cəmiyyətin gerbi
 
Cəmiyyətin nizamnaməsində onun qurulmasının məqsədi kimi Rusiyanın Müqəddəs Torpaq elan etdikləri ərazilərlə mənəvi bağlarının qurulması, Rusiyanın Yaxın Şərq ölkələri və xalqları ilə əlaqələrinin inkişafı, pravoslavların müqəddəs yerlərə ziyarətinə yardım edilməsi, pravoslavlığın bütün dünyada qorunması göstərilib.
Bundan başqa cəmiyyətin nizamnaməsində bu məqsədlərin Rusiya dövlətinin xarici siyasət prioritetləri ilə bağlı olduğu xüsusilə qeyd olunub.
Cəmiyyətin əsas devizi-“Sion və Qüds uğrunda susmayacam və sakit olmayacam” kimi müəyyən olunub.
Cəmiyyətin ilk sədri imperator III Aleksandrın qardaşı, Moskva qubernatoru, böyük knyaz Sergey Aleksandroviç Romanov olub.
Великая княгиня Елизавета Федоровна и Великий князь Сергей Александрович
Böyük knyaz Sergey Aleksandroviç Romanov həyat yoldaşı Yelizaveta Fyodorovna ilə birlikdə
Təsadüfi deyildir ki, imeriyanın bütün iri ranqlı məmurları bu cəmiyyətin idarəçiliyində iştirak ediblər.
Hazırda Cəmiyyətin sədri də Rusiyanın keçmiş baş naziri Sergey Stepaşindir.
Sergey Stepaşin
Siyasi ekspertlərin fikrincə Rusiyanın xristianları müdafiə etməklə bağlı canfəşanlığı təsadüfi deyil.
 
Tarixdən də məlumdur ki, Rusiya İmperiyası guya xristianları müdafiə adı altında illərlə Osmanlı Türkiyəsi ilə müharibə aparmış və bu yolla xeyli torpaqlar ələ keçirmişdi.
 
Rusiyanın xrisitanlığı müdafiə adı altında qəsb etdiyi həmin torpaqlarda xristianların özünün başına gətirdiyi oyunları isə hər halda məktəb dərsliklərindən də görmək mümükündür.
Bundan başqa nəzərə alaq ki, Rusiya hazırda həmin “Müqəddəs torpaq”a aid olan bir dövlətin ərazisində-Suriyada bütün yönü ilə fəaliyyət göstərir, hərbi kontingent saxlayır, müharibədə aktiv iştirak edir, hərbi əməliyyatlar aparır. 

 






Fikirlər