Amerikada sakinlər küçədə NAMAZ qılanı belə müdafiə etdi

ABŞ-ın Uels ştatında müsəlmanlığı yenicə qəbul etmiş iki gənc Kardiffa şəhər sakinlərinin islamofob əhvali-ruhiyyəsini test etmək üçün bir social eksperiment keçirmək qərarına gəliblər.  

Moderator.az -ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, Cənubi Asiya mənşəli 17 yaşlı Faxim Mia və 20 yaşlı yeni Amerika mənşəli müsəlman Kennedi Klink doğma şəhərlərinin küçələrində belə bir səhnəcik oynayıblar.  Faxim müsəlman baş örtüyündə küçədə yerə xalça sərir və namaz qılmağa başlayır. Bu zaman Kennedi ona yaxınlaşır və  təhqiramiz ifadələr yağdırmağa başlayır.  Gənclər  eyni səhnəni 4 dəfə şəhərin müxtəlif məkanlarında oynayıblar. Və təqdirəlayiq haldır ki, əksər hallarda  Amerika vətəndaşları namaz qılan müsəlmanı müdafiə edərək “islamofobu” yerində oturdublar. Yalnız bircə halda, avtobus dayanacağında duranlar Kennedinin Faximə hücum etməsinə reaksiya verməyiblər.
“Bu günlərdə KİV-ə nəzər etsək, belə düşünərik ki, Amerikada insanlar mövcud stereotiplər ucbatından müsəlmanlardan qorxurlar. Ancaq biz göstərmək istədik ki, cəmiyyət bir ola bilir. Uelsə baxın, bu, gözəl yerdir. Burada heç kəs bizləri ayrı-seçkiliyə məruz qoymur”-deyə bəhs edilən sosial eksperimentin müəllifi olan gənclərdən biri söyləyib.
 
 
  

 






Fikirlər