Putinlə Kadırovun gecə görüşü: İnternetdə zarafatlara səbəb oldu

 

Rusiyanın prezidenti Vladimir Putinin Çeçenistan Respublikasının rəhbəri vəzifəsini icra edən Ramzan Kadırovla avqustun 25-də gecə saatlarında görüşməsi İntertendə çoxsaylı ehtimal və zarafatlara səbəb olub. 

Modern.azxarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri belə gecə görüşünün səbəbləri haqda öz ehtimallarını yumorla müxtəlif cür yozublar.

Rusiya prezidentin mətbuat xidmətinin məlumatına görə, tərəflər Çeçenistandakı işləri vəziyyətini müzakirə edib, həm də dzyudo haqda danışıblar.

 Sosial şəbəkədə isə bu görüş haqda belə yazıblar:

- Şəhəri yatmağa gedir. Mafiya oyanır.

- Putin hansı gecə qorxursa və tənha qalırsa, Kadırovu yanına çağırır.

- Gecə Kadırovla görüşüb, səhər Altaya gedib, o, ümumiyyətlə yatır? Yoxsa, bu başqa Putindir?

- Ramzanın nə vaxt yuxusu qaçırsa, o, Vladimir Vladimiroviçin yanına uçur. Vladimir Vladimiroviçin yuxu qaçanda, o, ordunu yoxlamağı elan edir.

- Bayağı deyimdir, amma Stalin də gecələr işləyirdi.






Fikirlər