Obamanı QOLF oynayarkən öldürəcəkdi - ABŞ liderinə sui-qəsd planı

Amerika Prezidenti Barak Obamaya sui-qəsd hazırlayan bir nəfər evinə edilən basqın zamanı həbs olunub. 

Moderator.az xəbər verir ki, Joseph Gargiulo adlı bir adam uzun müddətdir ABŞ prezidenti Barak Obama üçün sui-qəsd hazırlığındaymış. 
Massachusettsdə yaşayan Gargiulonun ələ keçirilməsi  üçün FBI bir əməliyyat həyata keçirib. Əməliyyat zamanı şübhəlinin evində kassalar dolusu silah, sursat və partlayıcılar tapılıb. Bundan əlavə şübhəlinin evində olan elektroşok cihazı, partlayıcı qurğu istehsalında istifadə edilən termit maddəsi və ov bıçaqları da ələ keçirilib.
Əməliyyatdan sonra bəlli olub ki, ruhi sağlamlığı yerində olmayan bir şəxs uzun müddətdir Obamanı öldürməyi planşadırırmış. 

 






Fikirlər