“BU, 15 iyuldan sonra ilk üz-üzə görüşdür” - Obama Ərdoğanla bir arada

““Bu, 15 iyuldan sonra ilk üz-üzə görüşdür” - Obama Ərdoğanla bir arada

Xəbər verdiyimiz kimi, bu gün Çində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti işə başlayır.

Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdən biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında baş tutub. Dövlət başçıları 45 dəqiqə söhbət ediblər.

Obama qaçqınlarla bağlı göstərdiyi mövqeyə görə Ərdoğana minnətdarlıq edib:

“Sizə və türk xalqına qaçqınlara qapılarınızı açdığınıza görə təşəkkür edirik. Siz dünyada qaçqınlara ən çox qapı açan ölkəsiz. Birləşmiş Millətlər Təşkilatının toplantısında həmin insanlarla bağlı müzakirələr aparılacaq. Bu yük təkcə Türkiyənin çiyinlərində qala bilməz. Sizi gördüyümə sevindim, sizinlə yaratdığım ittifaqın davam etməyini diləyirəm”.

Ərdoğan da öz növbəsində çevrilişə cəhd gecəsindən və terror hadisələrindən danışıb:

“Bu görüş 15-iyul hərbi çevrilişə cəhd günündən sonra ilk üz-üzə görüşdür. Həmin hadisə zamanı verdiyiniz dəstəyə görə təşəkkür edirəm. 1 NATO ölkəsi olaraq dünyadakı bütün terror hadisələrinə qarşı yalnız 1 münasibətimiz var. Bundan başqası da ola bilməz. Yaxşı, ya pis terrorçu deyə bir ifadə yoxdur. İstəyimiz odur ki, Türkiyənin cənubunda 1 terror koridoru yaradılmasın. Bunun üçün də mübarizəyə davam edirik”.

 

“Bu, 15 iyuldan sonra ilk üz-üzə görüşdür” - Obama Ərdoğanla bir arada
“Bu, 15 iyuldan sonra ilk üz-üzə görüşdür” - Obama Ərdoğanla bir arada
“Bu, 15 iyuldan sonra ilk üz-üzə görüşdür” - Obama Ərdoğanla bir arada
“Bu, 15 iyuldan sonra ilk üz-üzə görüşdür” - Obama Ərdoğanla bir arada

 






Fikirlər