Müəmmər Qəzzafi öldürüldü, Liviya da onunla birlikdə dəfn olundu...

Müəmmər Qəzzafi öldürüldü, Liviya da onunla birlikdə dəfn olundu...

2011-ci ilin 20 oktyabrı. Liviya rəhbəri Müəmmər Qəzzafi NATO-nun nəzarətində olan silahlı başkəsənlər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Həmin gün təkcə diktator Qəzzafi ölmədi, Liviyanın da faktiki varlığına son qoyuldu. İndi Liviyada 3 güc mərkəzi var. Bir-birləri ilə vuruşurlar. 

Ölkə xarabaya çevrilib. Amerikalı general yazır ki, 10 il sonra Liviyada siyasi stabilliyin yaranma ehtimalı var....
Amerika mediası etiraf edir ki, Müəmmər Qəzzafi-nin öldürülməsində Hillari Klinton və Fransanın o vaxtkı prezidenti Nikola Sarkozi xüsusi rol öynayıb. Maraqlıdır ki, indi onların hər ikisi prezident kürsüsünə can atır...
Qəddafi niyə aradan götürüldü? Qərb mediası yazır ki, diktator dolları və avronu arxasında qızıl dayanan valyuta ilə əvəz etməyə çalışırdı. Belə sərsəm ideyaları dünyanın güc mərkəzləri bağışlamır...
O da qeyd olunur ki, 2010-cu ildə Liviyada iqtisadi artım 4.2 faiz olub. Ümumiyyətlə, bu ölkə dünyanın ən varlı ölkələrindən biri idi. Liviyanın 150 milyard dollardan artıq vəsaiti vardı. İndi isə ölkənin büdcəsində heç 150 milyon dollar da qalmayıb...

 






Fikirlər