Nazirin həbsinin yeni təfərrüatları üzə çıxıb – «Seçinin ofisində saxlanılıb»

russian-economy-m 

Rusiyanın sabiq iqştisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanmasında «Rosneft»in başçısı İqor Seçinin rolunun olmasından ölkə KİV-i xəbər turub. Hüquq-mühafizə orqanlarındakı mənbənin «Rosbalt»a verdiyi məlumata görə, həmin gün Ulyukayev şəxsən Seçin tərəfindən «Rosneft»in ofisinə dəvət olunub və oradaca saxlanıb.

Mənbənin sözlərinə görə, Ulyukayev ondan narazılıq edib ki, başçılıq etdiyi idarə demək olar, gün ərzində fasiləsiz olaraq «Başnef»in dövlət səhm paketinin «Rosneft»ə satılması üçün lazımi sənədlərin hazırlanması üzərində işləməli olub.

İri dövlət banklarından birinin başçısı ilə söhbət zamanı sabiq nazir narazılıq edib ki, nə o, nə də tabeliyinə çalışan əməkdaşlar buna görə heç bir «təşəkkür» almayıblar və gələcəkdə bu sövdəni pozmaq üçün hər cür maneə yaradacağı ilə «hədələyib».

Bunun cavabında bankın prezidenti Ulyukayevi sakitləşdirib və Seçinlə danışacağını vəd edib. Bankirin özü bu «cinayət»in iştirakçısı olmayıb və heç bir maddi maraq güdməyib.

Igor Sechin

Mənbənin məlumatına görə, Seçinlə Ulyukayev arasında söhbət olub və umacağını təqdim etmək üçün neft şirkətinin başçısı Ulyukayevi noyabrın 14-də, saat 18:00-də öz ofisinə dəvət edib. Nazir təyin olunmuş vaxtda ofisə gəlib, ancaq vaxtından çox uzanmış iclas səbəbilə, Seçin onu qəbul etməyib və xəbər verib ki, onu qəbul edəcəklər – onun üçün vəd olunan hər şey hazırdır.

Kabinetdə Ulyukayev pulla dolu metal çemodanlardan birini götürüb, ikinci çemodanı isə aparmağa «Rosneft»in menecerlərindən biri kömək edib. Çemodanları nazirin maşınına qoyublar, amma şlaqbaumu açmadıqlarından, avtomobil ofis ərazisindən çıxa bilməyib.

Bu zaman çemodanı maşina gətirmiş menecer və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı maşına yaxınlaşaraq, naziri saxlayıblar.

İstintaq komitəsi Ulyukayevin saxlanması barədə xəbəri noyabrın 15-ə keçən gecə yayıb. İstintaqın versiyasına görə, nazir hədə-qorxu yolu ilə 2 milyon dollar alıb.

İstintaq komitəsi qeyd edib ki, «Rosneft»in özünə onların heç bir iddiası yoxdur.

Noyabrın 15-də Ulyukayevi vəzifəsindən çıxararaq, ev dustağı ediblər.

Beləliklə, deyilənlər doğrudursa, deməli, Seçin «mafiya» qanunlarını pozub. Məhz buna görə, istisna deyil ki, nə zamansa onun özü də bu «taleyi» yaşamalı olacaq. Qalanı zaman məsələsidir…

 






Fikirlər