HDP-çi deputata 37 il cəza istənildi

leyla_birlik

HDP-nin Şırnakdan seçilmiş millət vəkili Leyla Birlik barəsində aparılan istintaq işi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, prokurorluğun məhkəməyə təqdim etdiyi iddianamədə xanım deputata 37 ilə qədər həbs cəzası verilməsi istənilib.

Deputat terror təşkilatına üzv olmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, cinayətkar qruplaşmaların adlarından istifadə edərək təhdid etmək, qanunsuz toplantı və nümayişləri təşkil etmə, keçirmə və idarə etməkdə günahlandırılıb.

Xatırladaq ki, Leyla Birlik 4 noyabrda həbs edilib.






Fikirlər