Ərdoğanın mühafizəçiləri deputatı döydülər - ŞOK

Rəcəb Tayyip Ərdoğanın mühafizəçiləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) deputatını və bələdiyyə sədrini döyüb.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda jurnalist Fatih Yapar "Təhlükəsizlik" adlı məqaləsində yazıb. Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımın İzmir səfərini izləyən jurnalist məqaləsində bildirib ki, prezidentin mühafizəçiləri aralarında millət vəkilləri və bələdiyyə sədrlərinin də olduğu xeyli sayda partiya üzvünü döyüb. Məqalədə, hətta xəsarət alanların hamısının xəstəxanalıq olduğu bildirilib.

Jurnalist qeyd edib ki, AKP millət vəkili Atilla Qaya Adnan Menderes Aerodromunda bir müzakirəyə müdaxilə etmək istədiyi zaman prezidentin mühafizəçiləri tərəfindən döyülüb. Həmçinin mühafizəçilərin zərbələri nəticəsində AKP Kamalpaşa Bələdiyyəsinin sədri Arif Uğurlunun qolu sınıb.

İzmir Böyükşəhər Bələdiyyəsinin Məclis Üzvü Bünyamin Dəmir də mühafizəçilərin qəzəbinə tuş gəlib. Onlar məclis üzvünü tualetə salaraq amansızcasına döyüb.

 AzerTaym.az






Fikirlər