Rusiyaya növbəti şok - Putinin “qara qutu”su öldürüldü

Rusiya 10 gündə 5-ci şokunu yaşayıb.

AzerTaym.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvanı sarsıdan qəza və sui-qəsdlərdən sonra"Kremlin qara qutusu" adlandırılan iş adamı Oleq Erovinkin avtomobilində ölü tapılıb.

 Ankara səfiri Andrey Karlovun sui-qəsdə qurban getməsi, Xarici İşlər Nazirliyində çalışan diplomat Pyotr Polşikovun evində ölü tapılması, əhəmiyyətli əməliyyatlara şahidlik etdiyi düşünülən NATO müfəttişi Yves Çandelonun başından vurulması və Qırmızı Ordu Ansanblını daşıyan təyyarənin Qaradənizə düşməsinin ardından indi də Rusiyanın energetika nəhəngi Rosneftin ikinci ən əhəmiyyətli adamı Oleq Erovinkin avtomobilində ölü tapılması isə ciddi müzakirələrə səbəb olub.

Köhnə rus kəşfiyyat generalı olan Erovinkin "Kremlin sirr küpü” olaraq tanınıb.

Rusiya dövlət başçısı Vladimir Putinin vəzifəyə gəldikdən sonra ətrafına topladığı insanlardan biri olan Oleq Erovinkin Rəsmi Kremllə məsləhətləşmədən təlimat verə biləcək səviyyədə səlahiyyətə sahib olub. Putinin "qara qutu”su hesab edilən iş adamının öldürülməsi Putinə göndərilən mesaj kimi qəbul edib.

Qeyd edək ki, cinayətin arxasında CİA-nın (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) olduğu düşünülür.






Fikirlər