Əsəd infarkt keçirdi, komadadır - ŞOK İDDİA

Image result for Əsəd

Bəşər Əsədin komada olduğu iddia edilib.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Əl-Cəzirənin dünyaca məşhur müxbiri Faisal al-Qassem Əsədin infarkt keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb.  
 Əsəd rejimi tərəfdarı olan Livanlı Əl-Diyar qəzeti də bu xəbəri təsdiqləyərək Əsədin iflic olduğunu bildirib. 
Səudiyyə Ərəbistanın al-Avsat qəzeti isə Əsədin Suriya daxili müharibələr zamanı ağır psixoloji travma aldığını və sol gözünün örtüldüyünü qeyd edib.
Suriya rejimi isə dünən "Facebook” üzərindən "Əsədin sağlamlığı yerindədir" şərhiylə iddiaları yalanlayıb.






Fikirlər