11.08.2014- Həm hürür, həm quyruğunu bulayır - Sarkisyandan hədə

11.08.2014- Həm hürür, həm quyruğunu bulayır - Sarkisyandan hədəSarkisyan Azərbaycanı hədələdi, amma...

"Azərbaycan Silahlı Qüvvələri Naxçıvandan İrəvan sərhədlərinə çata bilər"
Bu açıqlama ilə Ermənistan Prezidenti Serj Sərkisyan çıxış edib. O, Azərbaycan ordusunun da nəyə qadir olduğunu yaxşı bildiklərini deyib:

"Azərbaycan Prezidenti çox gözəl bir şey söylədi ki, tərəflər bir-birilərinin imkanlarını yaxşı tanıyırlar. Həqiqətən, biz yaxşı bilirik ki, Azərbaycan Silahlı Qüvvələri hansı imkanlara sahibdir. Azərbaycanın rəhbərliyi də bizim haqqımızda yaxşı məlumata sahibdir. Mən bunu çəkinmədən deyirəm ki, əgər müharibə başlasa, Azərbaycan Silahlı Qüvvələri Naxçıvandan İrəvan sərhədlərinə çata bilər. Amma bu şeylər cəzasız qalmayacaq və Azərbaycan rəhbərliyi bunu çox yaxşı bilir. Bu seçim məsələsidir. Əgər bu insanlar taleyi yoxlamaq istəyirlərsə, genişmiqyaslı əməliyyatlardan qaçıb Ermənistanın sərhədyanı yaşayış məntəqələrini nişan seçməyi qərara alıblarsa, o zaman gərək bunun cavabdehliyi barədə də düşünsünlər”
.






Fikirlər