Azərbaycan boksçuları İrəvan rinqində

Azərbaycan boksçuları İrəvan rinqində
Ermənistana gedəcək boksçularımız son hazırlıq mərhələsini keçirlər

7 boksçumuz Ermənistanın paytaxtı İrəvanda gənc boksçuların dünya çempionatında rinqə çıxacaq. Yığma komandamızın üzvləri artıq son hazırlıq mərhələsinə start verib.
Komandanın baş məşqçisi Şamil Alimzanovun sözlərinə görə, idmançılar İrəvanda Azərbaycanın bayrağını dalğalandırmaq və himnimizi səsləndirmək üçün əllərindən gələni edəcəklər.
Qeyd edək ki, Ermənistan təhlükəsizlik təminatı ilə bağlı Azərbaycanın Boks Federasiyasına məktub göndərdikdən sonra federasiya rəhbərliyi yarışda iştiraka razılıq verib.






Fikirlər