Türkiyə-Hollandiya münasibətləri: Hardan HARA QƏDƏR?

bitmap-img6

Qabil Hüseynli: “Türkiyənin xarici siyasətində ciddi qüsurlar var və bu qüsurlar xoşagəlməz problemlər yarada bilər”

 

Vüqar Zifəroğlu: “Düşünmürəm ki, Avropa Birliyinin sanksiyalar tətbiq etməsi gündəmə gəlsin”.
Bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyib. Lakin Hollandiya hakimiyyətinin nazirin təyyarəsini ölkəyə buraxmayıb. Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Hollandiya DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri “arzuolunmaz şəxs” elan edərək ölkədən çıxarıb. Dünən isə Niderland hakimiyyəti Türkiyədə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Hollandiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, 2017-ci ildən başlayaraq Türkiyə və Hollandiya arasında diplomatik gərginlik yaşanır. Türkiyə ərazisində ayıq-sayıq olun və izdiham olan yerlərdən və tədbirlərdən uzaqlaşın. Eyni zamanda Türkiyə Hollandiya ilə diplomatik əlaqələrini kəsib. Hollandiya-Türkiyə münasibətlərinin gərginləşməsi hansı həddə qədər davam edə bilər və iki ölkə arasındakı gərginlik Avropa Birliyinin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə yol aça bilərmi?
Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli və "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri,  analitik Vüqar Zifəroğlunun fikirlərini öyrənib.

Image result for qabil hüseynli qardaşı rəhmətə
Qabil Hüseynli: “Türkiyə müəyyən məsələlərdə həddindən artıq radikal mövqe tutub”.

Türkiyə-Hollandiya gərginliyinin aradan qaldırılması üçün NATO və BMT-nin vasitəçiliyinə ehtiyac olduğunu vurğulayan politoloq Qabil Hüseynli hesab edir ki, bu məsələdə Türkiyənin atdığı bəzi addımlara ehtiyac yox idi:
“Türkiyə-Hollandiya münasibətləri getdikcə gərginləşir və bu gərginləşmədə hər iki tərəf ehtiyatlı ifadələr işlədirlər. Ancaq Türkiyə tərəfi daha çox ehtiyatlı davranır və hədə-qorxu gəlir. Məsələn, diplomatik əlaqələrin kəsilməsinin təşəbbüskarı Türkiyə oldu. Həmçinin Hollandiyanın məzuniyyətdə olan səfirinin ölkəyə geri qayıtmasına icazə vermədi. Nəticədə diplomatik əlaqələr donduruldu. Əslində buna ehtiyac yox idi. Bu addımı iki dövlətin özü bilər, biz sadəcə kənardan öz fikirlərimizi deyə bilərik. 
Avropa Birliyi ölkələrindən Böyük Britaniya və Yunanıstanı çıxmaq şərtiylə, digər ölkələrin hamısı bu məsələdə Hollandiyanı müdafiə edirlər. Ona görə də məsələ getdikcə gərginləşir. Türkiyə siyasətçilərinin hər birinin çıxışında ağızlarından alov tökülür. Bu məsələni birmənalı yozmaq da asan deyil. Çünki hər iki tərəfin arqumentləri var və bu arqumentlər inandırıcı səslənir. Hollandiya bildirir ki, rəsmi statusu olan şəxslər ölkəyə gəlməsi Hollandiya höküməti ilə razılaşdırılmalı və rəsmi protokol qaydalarına tabe olunmalıdır. Rəsmi şəxslərin ölkədə mitinq keçirməsi və bu mitinqlərdə təbliğat xarakterli fikirlər söyləməsi qanunvericiliyin əleyhinədir.Türkiyə isə bildirir ki, onların bunu həmişə ediblər və icazə verilib. Məhz bu il icazə verilməməsinin səbəbini başa düşə bilmir. 
Bir sözlə, Türkiyə müəyyən məsələlərdə həddindən artıq radikal mövqe tutub. Məsələn, Almaniyanı və Hollandiyanı faşizmlə günahlandırır. Halbuki Türkiyənin özündə demokratiyanın inkişaf səviyyəsinə və bu il keçiriləcək referendumun mahiyyətinin demokratizmlə uyğun gəlib-gəlməməsi məsələsinə diqqət yetirdikdə, demoktariya, insan haqqları, liberal cəmiyyət modeli məsələsində Türkiyəni Avropa ölkələri, xüsusilə də demokratiyanın daha çox inkişaf etdiyi Almaniya ilə müqayisə etmək çətindir. Fikrimcə, Türkiyənin qonşularla, NATO üzvlü ölkələrlə münasibəti yaxşı deyil. Türkiyənin xarici siyasətində ciddi qüsurlar var və bu qüsurlar xoşagəlməz problemlər yarada bilər. Güman edirəm ki, NATO üzvlü bu iki ölkə arasında yaranmış gərginliyi BMT, NATO söndürməyə çalışmalıdır”.

Image result for vüqar zifəroğlu

Vüqar Zifəroğlu: “Avropa ənənəvi demokratik dəyərlərindən getdikcə uzaqlaşır”.

Hollandiya-Türkiyə və Almaniya-Türkiyə gərginliyə səbəb Türkiyənin imicinə ziyan vurmaq olmadığını bildirən analitik Vüqar Zifəroğluna görə, zaman keçdikcə Avropada demokrtik dəyərlər əhəmiyyətini itirir:
“Düşünmürəm ki, Avropa Birliyinin sanksiyalar tətbiq etməsi gündəmə gəlsin. Məsələ bundadır ki, istər Almaniya, istərsə də Hollandiya ilə bağlı yaşanan gərginlikdə avropalıların başlıca hədəfi, Türkiyənin bir dövlət olaraq imicini zədələməkdən ziyadə, qarşıda keçirilməsi nəzərdə tutulan konstitusional dəyişikliklərə öz mövqelərini ortaya qoymaq idi. 
Digər məqam isə, olanların Avropada bir sağ-milliyyətçi ideologiyanın getdikcə daha populyarlıq qazanması, islamafobik düşüncənin isə cəmiyyətdə daha hakim mövqe qazanması fonunda baş verməsidir.  
Avropa ənənəvi demokratik dəyərlərindən getdikcə uzaqlaşır və siyasi iqtidar uğrunda aktiv mübarizəyə qoşulan mühafizəkar qüvvələr artıq müvəffəqiyyətlər əldə etməkdədirlər. Fransada Le Penin qələbəsi buna əyani sübutdur. Hollandiyada da seçkilər yaxınlaşmaqdadır və bu ölkədə qalib olmağa real namizəd məhz mühafizəkar  PVV Partiyasının irqçı lideri Geert Wildersdir”.

 






Fikirlər