Şahzadəyə sui-qəsd təşkil edildi - Helikopteri PARTLADILACAQDI

Şahzadəyə sui-qəsd təşkil edildi - Helikopteri partladılacaqdı

Son günlərdə rəqsi ilə gündəmi silkələyən İngiltərə şahzadəsi Uilyama sui-qəsd hazırlanıb.

AzerTaym.az Publika.az -a istinadən xəbər verir ki, şahzadənin şəxsi helikopteri pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda xilas olub.Polis hadisəni sui-qəsd cəhdi kimi xarakterizə edərək istintaq başladıb.Hadisə zamanı yerdən təxminən 600 metr yüksəklikdə olan vertolyotla pilotsuz uçuş aparatının qarşı-qarşıya gəldiyi olayda pilotun peşəkarlığı qəzanın qarşısını alıb.Vertolyot dəhşətli qəzadan yarım dəqiqəlik fərqlə xilas olub.Şahzadə Uilyam vertolyotda olmasa da, yaşananların şahzadəyə qarşı bir sui-qəsd cəhdi ola biləcəyi ehtimal olunur.Mütəxəssislər pilotsuz uçuş aparatının yüksək partladıcı gücə malik olduğunu və belə bir qəzada bütün ekipajın həlak olacağını bildiriblər.






Fikirlər