REKS TİLLERSON rusiyaya ultimatum verdi- YA ABŞ, YA DA ƏSƏD!

reks tillerson

“ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib”. 

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə əsasən ultimatum Rusiyanın SuriyadaBəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır. R. Tillerson bildirib ki, Rusiya seçim etməlidir: ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və “Hizbullah”.

 “Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər ki, bizim fikrimizcə, bu, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək”, - deyə R. Tillerson söyləyib.

 






Fikirlər