Əhmədinejad saxlanıldı - İDDİA

Əhmədinejad saxlanıldı

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın saxlanıldığı iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Londonda yerləşən “Əl-Qüds Əl-Ərəbi” nəşri yayıb.

Qəzet Tehrandakı mənbələrinə istinadən yazıb ki, M.Əhmədinejad son günlər ölkədə gedən aksiyaları təşkil etməkdə ittiham edilir.

Qeyd edək ki, 2005-2013-cü illərdə İrana rəhbərlik edən Əhmədinejad, bir neçə gün öncə verdiyi açıqlamasında hazırki prezident Həsən Ruhaninin pis idarəçilik etdiyini bildirmişdi.






Fikirlər