“Onun bundan qabaq da Lyudası vardı…” – Putinin arvadı

“Onun bundan qabaq da Lyudası vardı…” – Putinin arvadıLüdmila Putina: “Mənim üçün çox pis oldu, çox pis incidim…”

Rusiya prezidenti Vladimir Putinin keçmiş arvadı Lüdmila Putina KQB zabiti ilə ilk tanışlığından danışıb.
Anspress-in məlumatına görə, Lüdmilə Putina Vladimirin anasının onu yaxşı qarşılamadığını deyib:


“Yadımdadır, mən mətbəxə getdim. Vladimirin anası Mariya İvanovna orada idi. Biz nədənsə danışdıq. Bu zaman Vladimirin dostu Aleksey mətbəxə gəldi və Mariya İvanovnadan soruşdu: “Necədir, Lyuda xoşunuza gəldi?”. O da cavab verdi: “Hə, pis deyil. Amma onun bundan qabaq da Lyudası vardı. Çox yaxşı qız idi…”. Hər şey elə bu cür də davam elədi. Göz yaşlarımı güclə saxladım… Gizlətmirəm, onda mənim üçün çox pis oldu, çox pis incidim…”.






Fikirlər