Kraliçanın avtomobili SATIŞA ÇIXARILIB

Britaniya kraliçası II Yelizavetaya məxsus nadir tapılan qara rəngli Rolls-Royce The Phantom IV State Landaulette maşını hərraca çıxarılıb.

Modern.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Bonhams Малкольма Барбера evində keçirilən hərracda kraliçanın maşınını 2 milyon franka (təxminən 4 milyon 471 min AZN) dəyərləndirilir.

1950-ci il istehsalı olan maşın Britaniya kraliçasına 40 il xidmət edib.

 Dünyada bu maşınlardan cəmi 18 ədəd buraxılıb.

Bu maşını isə sırf kraliça üçün olduğundan xüsusi salon və böyük yan şüşələr fərqləndirir.

Bu hərracda həmçinin Şahzadə Diananın istifadəsində olan digər Rolls-Royce modeli 1985-ci il istehsalı olan Centenary Silver Spur Saloon da hərraca qoyulub.

Bu maşının dəyəri isə hərracda cəmi 80-100 min franka (təxminən 179- 223 min AZN) dəyərləndirilir.

Qeyd edək ki, hərrac rəhbərliyi bu cür xüsusi maşınların açıq hərraclarda görünməsinin çox nadir baş verdiyini qeyd edirlər.






Fikirlər