ABŞ üçün KRİTİK ANLAR - Trampın taleyi BU GÜN həll ediləcək

ABŞ üçün KRİTİK ANLAR - Trampın taleyi BU GÜN həll ediləcək

Bu gün ABŞ Senatında 100 mandatdan 35-i, Təmsilçilər Məclisindəki 435 mandatın isə hamısı üçün kritik səsvermə keçiriləcək.

Baş tutacaq aralıq seçkiləri Respublikaçılar Partiyasına mənsub olan prezident Donald Trampın gələcəyini həll edəcək.

Demokratlar Partiyası həm məclisdə, həm də senatda Respublikaçılar Partiyası qarşısında üstünlük əldə edə bilsə, Donald Trampın siyasi gündəmi pozula və kabinetinin fəaliyyətinə son verilə bilər. Ali Məhkəmənin təyinatları da Senatdan çıxacaq nəticələrə bağlı olacaq.

Demokratların Təmsilçilər Məclisində üstünlük əldə etməyə yaxın olduğu təxmin edilsə də, Senatda üstünlük əldə etmələri çox daha çətin olacaq.

Müzakirə edilən mövzulardan biri də Donald Trampın vəzifəsindən uzaqlaşdırılması ehtimalıdır. Trampın kənarlaşdırılması üçün Senatda üçdə-iki nisbətində üstünlük təmin edilməlidir. Bu da aralıq seçkilərində səsverməyə çıxarılan bütün mandatları demokratçılar qazansa belə, prosesin başladılması üçün respublikaçıların da səsinin lazım olduğu anlamına gəlir.

Aralıq seçkilərində, əlavə olaraq, 50 ştatdan 36-nın qubernatorları və ştat məclisi üzvləri müəyyən olunacaq.

Səsvermə nə üçün aparılır?

Mövcud vəziyyətdə Təmsilçilər Məclisində 237 respublikaçı, 193 demokratçı var. Beş yer isə fərqli səbəblərdən boş qalıb. Senatdakı 100 yerdən 51-i respubikaçıların, 49-u demokratlarındır.

Aralıq seçkiləri ilə bağlı ehtimallar nələrdir?

Konqresin alt palatası olan Təmsilçilər Məclisində, adətən, ABŞ prezidentinin mənsub olduğu partiyanın aralıq seçkilərində üstünlüyü itirdiyinə şahid olunub. Barak Obamanın prezident seçilməsindən 2 il sonra, 2010-cu ildə aparılan seçkilərdə Demokratlar Partiyası Təmsilçilər Məclisində 63 yer itirmişdi. Demokratçıların 6 noyabr seçkilərində Təmsilçilər Məclisində üstünlük əldə edə bilmələri üçün 23 respublikaçının mandatını əllərindən almaları lazımdır. Bu da Donald Trampın Meksika ilə sərhəddə divar ucaltmaq kimi bəzi seçki vədlərini germəkləşdirməsini çətinləşdirəcək. Məclisdəki onlarla respublikaçı da təqaüdə çıxacaq. Anketlərdə Donald Trampa göstərilən dəstəyin 42 faiz olması da demokratçıları ümidləndirməyə başlayıb. Senatda isə respublikaçıların üstünlüyü qoruyub saxlamaları, hətta hakimiyyətlərini qüvvətləndirmələri təəccüblü olmayacaq. Senatda yarışa çıxarılan mandatın 26-ı demokratçıların, 9-u respublikaçıların əlindədir.

Demokratların Konqresdə üst palata olan Senatda üstünlük əldə edə bilmələri üçün bütün yerləri qazanıb, üzərinə iki respublikaçı da əlavə edərək risk payını azaltmaları lazımdır.

Aralıq seçkilərində SİYASİ GÜNDƏM

Aralıq seçkiləri Donald Tramp hökuməti üçün referendum səviyyəsindədir. Siyasi gündəmin də önəmli başlıqları bu seçkilərdə səs verənlərin hansı tərəfdə olduğunu ortaya qoyması olacaq.

Köç: Hər iki partiyanın öz avantajına çevirməyə çalışdığı mövzuların başında köç gəlir. Demokratlar Trampın qanunsuz köçə qarşı sərt duruşuna görə gənc, şəhərli seçicilərin və azlıqların onlara səs verəcəyini ümid edir. Respublikaçılar isə Trampın mühafizəkarları demokratlara qarşı hərəkətə keçirəcəyini gözləyir. Onlar demokratların qanunsuz köçü müdafiə etməsi məsələsini öz avantajlarına çevirmək istəyir.

Fərdi silahlanma: Fevral ayında Florida ştatında məktəbdə baş vermiş faciəvi hücumdan sonra fərdi silahlanma mövzusu da seçkilərə təsir edən gündəm maddələrdən biri olaraq dəyərləndirilir. Tramp fərdi silahlanmanı müdafiə edir, demokratlar isə qarşı çıxır.

Səhiyyə sistemi: “Gallup” araşdırma şirkətinin apardığı analizə görə, amerikalı seçicilərin səslərini verərkən diqqət etdiyi digər bir məsələ səhiyyə sistemidir. Respublikaçılar Amerikanın sabiq prezidenti Barak Obamanın başlatdığı “Affordable Care Act”ın (Əlverişli Səhiyyə Xidmətləri Qanunu) ləğv edilməsini, ləğv edilməsə belə, bu səhiyyə sistemi ilə bağlı müzakirələrin də təsiredici funksiya daşıyacağını təxmin edir.

İqtisadiyyat: Donald Tramp və onun dəstəkçisi olan respublikaçılar faydalı istiqamətdə inkişaf edən iqtisadiyyatı iki il daha Vaşinqtonda hakimiyyət qurmaları üçün keçərli səbəb olduğuna inanır. Ancaq ABŞ tarixinə nəzər saldıqda iqtisadi inkişafın hər zaman prezidentin partiyasına verilən səslərə təsir etmədiyi müşahidə edilir.

Respublikaçılar Konqresdə alt və üst palatada üstünlüyü əldən verərsə, ABŞ prezidentinin həyata keçirməyə ümid etdiyi daxili siyasət planları qanuniləşdirilmədən əngəllənəcək.






Fikirlər