TÜRKİYƏ ORDUSU İraqın şimalında PKK-nın 38 terrorçusunu ZƏRƏRSİZLƏŞDİRİB

 

Türkiyə Hərbi Hava Qüvvələri son 3 gündə İraqın şimalında PKK-nın onlarla terrorçusunu zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi "Twitter"də bildirib.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri əməliyyatları İraqın Zap, Avaşin-Basyan, Qara, Hakurk və Haftanin rayonlarında keçirib. Əməliyyatlar nəticəsində 38 terrorçu zərərsizləşdirilib. Habelə terrorçuların silah-sursat anbarı və sığınacağı məhv edilib.

1984-cü ildə meydana çıxan PKK Türkiyə vətəndaşlarına, o cümlədən dövlət orqanlarının əməkdaşlarına qarşı terror aktları həyata keçirir.






Fikirlər