Ərdoğan QƏZZA zolağında vəziyyətlə bağlı Abbasa DƏSTƏYİNİ BİLDİRİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindəki mənbə jurnalistlərə bildirib.

Mənbə deyib: "Prezident Ərdoğanın Mahmud Abbas ilə telefon danışığı olub. Danışıq zamanı Fələstin prezidenti Qəzza zolağında yaşıyan insanların vəziyyəti barədə Türkiyə prezidentinə danışıb. Ərdoğan Türkiyənin adından fələstin xalqına öz hüquqları uğrunda mübarizədə dəstəyini bildirib".






Fikirlər