Kraldan Ərdoğana: “Dəstəkləyirik”

Kraldan Ərdoğana: “Dəstəkləyirik”Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Türkiyənin İŞİD və PKK-ya qarşı apardığı hərbi əməliyyatları dəstəklədiyini açıqlayıb.


Axar.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən krala zəng edərək bölgədəki siyasi vəziyyəti müzakirə edib.

SPA agentliyinin məlumatına görə, telefon danışığında kral Suruçda baş verən terror aktını pisləyərək Türkiyənin özünü müdafiə və vətəndaşlarını terror hücumlarından müdafiə haqqını dəstəklədiyini bildirib.

Xəbərdə iki liderin ölkələr arasındakı münasibətləri müzakirə etdiyi qeyd olunub.






Fikirlər