Salma Hayekin əri Notr Damın bərpası üçün 100 MİLYON AVROsundan keçdi

Salma Hayekin əri Notr Damın bərpası üçün 100 milyon avrosundan keçdi

Fransada xeyriyyə Fondu dünən yanan məşhur Notr Dam de Pari kilsəsinin təmiri üçün maddi dəstək yığmağa başlayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, məşhur simalar artıq qədim abidənin təmiri üçün pul bağışlamağa başlayıblar.

 

Notr Dam de Pari kilsəsinin bərpası üçün fransız biznesmen Bernar Arnonun ailəsi və onun “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupu 200 milyon, Salma Hayekin həyat yoldaşı, fransız milyarder Fransua Anri Pino 100 milyon avro bağışlayıb.

“Gucci”, “Yves Saint-Laurent” kimi brendlərin sahibləri də təmir üçün müəyyən məbləğ ödəyəcəklərini açıqlayıblar.






Fikirlər