Türkiyə Suriyanın havadan müdafiə sistemini MƏHV ETDİ — ANBAAN VİDEO

Türk ordusu Suriyanın İdlib əyalətində Rusiya istehsalı olan Pantsir-S1 Zenit-Raket havadan müdafiə sistemini məhv edib.

 "AzerTaym.az" bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı çərçivəsində İdlib əyalətinin Serakib yaşayış məntəqəsi yaxınlığında aktiv fəaliyyətdə olan Rusiya istehsalı Pantsir-S1 hava hücumundan müdafiə sistemi olan zenit-raket kompleksi aşkar edilərək məhv edilib. Pantsir-S1 ZRK  pilotsuz uçan aparat tərəfindən aşkar edilərək məhv edilib və bu drondakı kamera vasitəsi ilə anbaan qeydə alınıb.

40 km məsafəyədək  hava hədəfini vurmağa qadir Rusiya istehsalı olan Pantsir-S1 zenit-raket kompleksi Suriyada əsəd rejimi tərəfindən istifadə olunur.

/konkret.az/

 






Fikirlər