Daha bir ölkədə karantin rejimi UZADILDI...

Daha bir ölkədə karantin rejimi uzadıldı

Belçikada sərtləşdirilmiş karantin rejimi rəsmi şəkildə mayın 3-dək uzadılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sofi Vilmes bildirib. Onun sözlərinə görə, karantin rejimini pozanlar cərimələnəcək. Vilmes vətəndaşlara evdən çölə çıxmamağı məsləhət görüb.

Qeyd edək ki, Belçikada martın 14-dən etibarən ümumi karantin elan edilib. Ölkədə 4440 nəfər dünyasını dəyişib, 33 min 573 nəfər isə koronavirusa yoluxub.






Fikirlər