Fransada COVID-19 daha 531 CAN ALDI

Fransada COVID-19 qurbanlarının sayı artıb.

 Modern.az xarici mediaya istinadən xəbər verir ki, son sutka ərzində koronavirsdan daha 531 nəfər dünyasını dəyişib.

 Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerome Salomon keçirdiyi brifinqdə bildirib ki, indiyədək ölkəsində koronavirusdan ölənlərin sayı 20796 nəfər olub: "Onlardan 12 900 nəfəri xəstəxanalarda,  digər 7896 nəfəri isə qocalar evlərində və digər tibbi və sosial müəssisələrdə ölüb. Xəstəxanaya yerləşdirilənlərin sayı isə 30 106 nəfərə çatıb. Hazırda reanimasiyada 5443 nəfər var. Son 13 gün ərzində reanimasiyada olanların sayında azalma müşahidə olunub. Ölkə üzrə COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 117 324 nəfərdir”.






Fikirlər