Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır - SON RƏQƏMLƏR

Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır - SON RƏQƏMLƏR

Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır. 

BAKU.WS-in verdiyi məlumata görə, bu barədə Worldometers.info saytında qeyd olunub. 

Məlumata əsasən, yoluxanların ümumi sayı 2 mln. 994 min 958 nəfərə, ölənlərin sayı 206 min 997 nəfərə çatıb.

İnfeksiyadan sağalanların sayı isə sürətlə artmaqda davam edir. Son məlumata görə, virusdan sağalanların sayı 878 min 955 nəfərə çatıb. 

Dünyada ən çox yoluxma 987 min nəfərlə ABŞ-da qeydə alınıb. Avropada isə ən çox yoluxma 226 min 629 nəfərlə İspaniyadadır. 






Fikirlər